bakı, 13 may, arhd.media
heydər əliyev fondunun təşəbbüsü ilə reallaşdırılan “talassemiyasız həyat naminə” proqramı çərçivəsində iqtisadiyyat nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir.
nazirlikdən arhd.media-a bildiriblər ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulub.
qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada iqtisadiyyat nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər. bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.























