bakı, 21 may, arhd.media
işğaldan azad edilmiş ərazilərdə təbib-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir. qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.
arhd.media xəbər verir ki, bu barədə təbib-in mətbuat xidmətinin məlumatında bildirilib.
laçın rayon mərkəzi xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, laçın ailə sağlamlıq mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. şuşa modul tipli xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.























