bakı, 5 fevral, arhd.media
dsmf: yanvar ayında 47 mindən çox vətəndaş müraciəti qeydə alınıb
yanvar ayı ərzində dövlət sosial müdafiə fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 47 min 729 vətəndaş müraciəti qeydə alınıb.
bu barədə arhd.media-a dövlət sosial müdafiə fondunun (dsmf) mətbuat xidmətindən məlumat verilib.
müraciətlərdən 17 min 442-si pensiya, 11 min 496-sı müavinət, 1 546-sı prezident təqaüdü, 11 min 252-si ünvanlı dövlət sosial yardımı, 1 149-u fərdi uçot və sosial sığorta, 176-sı dövlət icbari şəxsi sığorta və 4 min 668-i isə digər istiqamətlərlə bağlı olub






















