bakı,    arhd.media


 




2024-cü il ərzində təbib-in “815” çağrı mərkəzinə ümumilikdə 107 min 472 zəng daxil olub. müraciətlərdən 89 min 261-i müvafiq olaraq dərhal cavablandırılıb, 18 min 211 müraciət isə çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 8 min 579 müraciət barədə vətəndaşlara müvafiq izahatlar verilib, 9 min 226 müraciətlə bağlı məsələ həll edilib, 406 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

təbib-in mətbuat xidmətindən  məlumata görə, müraciətlərin mövzusu əsasən müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

qeyd edək ki, təbib-in “815” çağrı mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

vətəndaşlar təbib-in çağrı mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi , eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.


arhd.media  ictimai-siyasi media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  ictimai siyasi media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 7 768

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə