agentlik: ötən ay 3,9 min şəxsə əlillik təyin edilib
bakı, 12 fevral, arhd.media
bu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyindəki dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.
agentliyin mətbuat xidmətindən arhd.media-a bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.
əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.






















