adsea-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində əraziləridən yağış sularını kənarlaşdırırlar.


intensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə azərbaycan dövlət su ehtiyatları agentliyi (adsea) iri şəhərlərin birləşmiş su təchizatı xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


“arhd.media” xəbər verir ki, adsea və xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.


suraxanı rayonu hövsan qəsəbəsi i. əhlimanov, zığ qəsəbəsi i. süleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, sabunçu rayonu, bakıxanov qəsəbəsi, yavər əliyev, yaşar əliyev, səbail rayonu, neftçilər prospekti ilə bülbül küçəsinin kəsişməsi, xətai rayonu, məzahir rüstəmov küçəsi, 3n-li nasosstansiya, bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.


işlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir.

Baxış sayı: 3 248

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə