Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.


Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb.


Həmçinin bildirilib ki, ötən il ərzində isə cəzaçəkmə müəssisələrində 113 nikah qeydə alınıb.

Baxış sayı: 2 995

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə