Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib.


“ARHD.MEDiA” Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb.


İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı hotelin qarşısına gəlib.


Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.


Hazırda Səmran Həsənovun üzərində cərrahi əməliyyat aparıldığı bildirilir.


Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3 227

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə