“Mənim şəxsi mülahizələrimə görə, məktəb direktorları arzu əsasında işə gəlirlər. Düşünürlər ki, “mən arzu edirəm ki, məktəb direktoru olum”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.


“Əslində isə müəllimdən metodist, metodistdən direktor müavini, müavindən direktor yetişməlidir. Biz bu ildən bu prosesə başlamışıq. Hazırda bizdə metodist sayı 500 civarındadır. Bu rəqəmə 3 ilə gəlib çatmışıq. Lakin bu say azdır. Bu rəqəm çox olmalıdır, 5-6 min metodistimiz olmalıdır.


Belə adamlar 1 neçə il işləyəndən sonra direktor olanda işlərimiz çox yaxşı gedəcək. İmtahanda çox bal toplamış müəllimi direktor seçmək doğru deyil”, - nazir əlavə edib.

Baxış sayı: 2 879

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə