bakı, 4 mart, arhd.media
azərbaycan idman akademiyası qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyası ilə əməkdaşlığa başlayıb
martın 3-də qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyasının (aia) rəhbər heyəti azərbaycan idman akademiyasında (aia) qonaq olub.
arhd.media xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın medialab və idman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.
aia rəhbərliyi ilə qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyasının elmi işlər üzrə prorektoru tursunzada kuanqaliyeva, beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri əsəm aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.
yekunda aia ilə bədən tərbiyəsi və kütləvi idman akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

























