bakı, 5 mart, arhd.media
azərbaycan və qazaxıstan elmi müəssisələri memorandum bağlanmasına dair razılıq əldə edib
elm və təhsil nazirliyinin dendrologiya institutu ilə qazaxıstan respublikasının j.jiembaeva adına bitki mühafizəsi və karantin elmi-tədqiqat institutu arasında əməkdaşlıq məqsədilə onlayn görüş keçirilib.
bu barədə arhd.media-a dendrologiya institutundan məlumat verilib.
görüşdə dendrologiya institutunun baş direktor vəzifəsini icra edən dosent minarə həsənova, bitki mühafizəsi laboratoriyasının müdiri dosent şaməddin qəhrəmanov, beynəlxalq əlaqələr şöbəsinin müdiri rəşad xəlilov iştirak ediblər. görüşdə dendrologiya institutunda aparılan tədqiqatlar və qazanılan nailiyyətlər barədə məlumat verilib. hər iki qurum tərəfindən birgə elmi-tədqiqat işlərinin aparılmasına dair memorandumun bağlanmasına dair razılıq əldə olunub.
bitki mühafizəsi və karantin elmi-tədqiqat institutunun laboratoriya müdiri dosent nurcan muhammadiyev dendrologiya institutu ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.






















