bakı, 10 mart, arhd.media
azərbaycanda qüvvədə olan ixtira patentlərinin çoxu kimya və metallurgiya sahəsinə aiddir
2024-cü ilin təhlil yekunlarına əsasən azərbaycanda qüvvədə olan ixtira patentlərinin ən çoxu ümumdünya əqli mülkiyyət təşkilatı “beynəlxalq patent təsnifatı”nın “kimya və metallurgiya” bölməsinə - 159 (42,8 faiz) aid olub. onun ardınca “tikinti və dağ-mədən işi” bölməsi - 58 (15,6 faiz), “insanın həyati tələbatlarının təmin edilməsi” bölməsi - 55 (14,8 faiz), “fizika” bölməsi - 34 (9.2 faiz) olub.
arhd.media xəbər verir ki, bu barədə məlumat əqli mülkiyyət agentliyinin hesabatında yer alıb.























