dim rəhbəri azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

bakı, 17 mart, arhd.media



dim rəhbəri azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi


dövlət imtahan mərkəzi hazırda rəqəmsal imtahanların təkmilləşdirilməsi üzərində işləyir və bunun üçün geniş məlumat bazasının toplanmasına ehtiyac var.

arhd.media xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində dövlət imtahan mərkəzinin idarə heyətinin sədri məleykə abbaszadə deyib. o bildirib ki, azərbaycan dili üzrə sertifikasiya imtahanının daha təkmil variantını hazırlamaq üçün müvafiq data toplanmalıdır: “ona görə də hazırda bu imtahanın onlayn variantını ictimaiyyətə təqdim etmişik. mənim çağırışım azərbaycandakı mütəxəssislərədir ki, bu imtahanda iştirak etsinlər, öz fikirlərini və təkliflərini bizə bildirsinlər”.

o qeyd edib ki, dövlət imtahan mərkəzi müəyyən mərhələdən sonra bu imtahanı rəsmi sertifikatlaşdırma səviyyəsinə çatdıracaq və azərbaycan dilinə aid rəsmi sertifikatlar verəcək.

Baxış sayı: 3 482

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə