ədəbiyyat institutu ilə rumıniyanın beynəlxalq mihay eminesku akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

bakı, 19 may, arhd.media


mayın 19-da azərbaycan milli elmlər akademiyasının (amea) nizami gəncəvi adına ədəbiyyat institutunda görkəmli rumın şairi, beynəlxalq mihay eminesku akademiyasının prezidenti professor ion deakonesku ilə görüş keçirilib.

tədbirdə çıxış edən akademik isa həbibbəyli bugünkü görüşlə müstəqillik illərində amea-da ilk dəfə rumıniya ilə elmi, ədəbi əlaqələrin qurulması istiqamətində addım atıldığını söyləyib. qeyd edib ki, görüşün keçirilməsində məqsəd həm professor ion deakoneskunun yaradıcılığı ilə tanış olmaq, həm də beynəlxalq mihay eminesku akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalamaqdır.

akademik isa həbibbəyli bildirib ki, sovet dövründə rumıniyadan ziyalılar, elm xadimləri azərbaycana səfər etsələr də, bu, daimi xarakter almayıb, müstəqillik dövründə isə elmi əməkdaşlıq müqaviləsi imzalanmayıb. amea prezidenti vurğulayıb ki, beynəlxalq mihay eminesku akademiyası rumıniyada nüfuzlu qurumlardan biridir və avropada da qəbul olunur, dünyanın bir çox elmi təşkilatı ilə əməkdaşlıq edir, hər il poeziya festivalları təşkil edir, kitab və monoqrafiyalar, elmi jurnallar nəşr edir.

bugünkü müqavilənin rumıniya ilə azərbaycan arasında elmi əlaqələrin qurulmasında ilk körpü olacağını deyən akademik isa həbibbəyli artıq oxucuların rumın yazıçıların ədəbi yaradıcılığı ilə tanışlığa başladığını, ayb-nin katibi səlim babullaoğlu tərəfindən ion deakoneskunun “müsahibə” seçmə şeirlər toplusunun azərbaycan dilinə tərcümə edildiyini diqqətə çatdırıb. şairin 35 şeirinin yer aldığı toplu ilə tanış olduğunu deyən akademik isa həbibbəyli ədibin yaradıcılığında son illərdə avropada baş vermiş ədəbi proseslərin əksini tapdığını söyləyib. qeyd edib ki, professor ion deakoneskunun yaradıcılığında naturalizmin əlamətləri müşahidə olunsa da, üstünlük təşkil etmir və şair daha çox sürrealizm ədəbi cərəyanında yazıb yaradır.

amea rəhbəri rumın ədəbiyyatının görkəmli siması ion deakoneskunun bu günlərdə ayb-nin “məhəmməd füzuli medalı” ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb.

akademik isa həbibbəyli, həmçinin qonağa rəhbərlik etdiyi nizami gəncəvi adına ədəbiyyat institutunun tarixi, görkəmli simaları, fəaliyyət istiqamətləri, eləcə də türk dünyası, macar, bolqar, şərq xalqları ədəbiyyatına dair aparılan tədqiqatlardan danışıb. qeyd edib ki, bugünkü görüş və imzalanacaq müqavilə rumıniyada yaşayan türklərin ədəbi yaradıcılığını da öyrənməyə imkan verəcək, tərəflər birgə tədbirlər təşkil edəcək, kitablar, məqalələr ərsəyə gətirəcəklər.

beynəlxalq mihay eminesku akademiyasının prezidenti, şair, ədəbi tənqidçi, tərcüməçi ion deakonesku çıxışında əlaqələrin artıq real hadisələr formasında inkişaf etməsinin əhəmiyyətli olduğunu bildirib, rəhbərlik etdiyi akademiyanın nobel mükafatına namizəd vermək hüququ olduğunu diqqətə çatdırıb. ion deakonesku gələn il beynəlxalq mihay eminesku akademiyası tərəfindən azərbaycandan olan bir şairin nobel mükafatına namizədliyinin irəli sürüləcəyini söyləyib.

həmçinin şeirləri haqqında vurğuladığı orijinal fikirlərinə görə akademik isa həbibbəyliyə minnətdarlığını bildirib, azərbaycan dilində çıxacaq növbəti kitabına amea rəhbərinin ön söz yazmasını rica edib. o, rəhbərlik etdiyi akademiyanın keçirdiyi festivallar haqqında məlumat verərək gələcək planlardan danışıb, gələn il azərbaycanda füzuli-eminesku festivalının keçirilməsini təklif edib.

o, akademik isa həbibbəylinin beynəlxalq mihay eminesku akademiyası tərəfindən “mihay eminesku” medalı ilə təltif olunduğunu bildirib və mükafatı amea rəhbərinə təqdim edib.

həmçinin rumıniyanın azərbaycandakı səfiri vasile soareyə də beynəlxalq mihay eminesku akademiyasının qızıl medalını və “mədəniyyət səfiri” diplomunu təqdim edib.

daha sonra rumıniyanın azərbaycandakı səfiri vasile soare çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərdən danışıb, elmi, mədəni əlaqələrin daha geniş vüsət alması üçün bu cür tədbirin təşkilatçılarına təşəkkür edib.

amea-nın nizami gəncəvi adına ədəbiyyat institutunun direktor müavini dosent mehman həsənli, professor gülər abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru aytən rüstəmova və ayb-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi səlim babullaoğlu isə çıxışlarında qurumlar arasında imzalanacaq müqavilənin əməkdaşlıq sahəsində daha səmərəli işlərin görülməsinə töhfə verəcəyini vurğulayıblar.

çıxışlardan sonra amea-nın nizami gəncəvi adına ədəbiyyat institutu ilə rumıniyanın beynəlxalq mihay eminesku akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. sənədi akademik isa həbibbəyli və professor ion deakonesku imzalayıblar.

Baxış sayı: 5 416

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə