milli məclisin elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

bakı, 23 may, arhd.media


bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən reallaşdırılan “məktəbdə...” layihəsinin növbəti görüşü mayın 26-da paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçiriləcək.

idarədən arhd.media-a bildirilib ki, layihənin budəfəki qonağı milli məclisin elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor anar isgəndərov olacaq. görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Baxış sayı: 3 542

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə