bakı, 28 iyul, arhd.media
azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib
azərbaycan respublikasının prezidenti yanında antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinin tabeliyində olan azərbaycan standartlaşdırma institutu (azstand) tərəfindən azs iso/iec 42001:2025 “informasiya texnologiyası - süni intellekt - idarəetmə sistemi” dövlət standartı qəbul edilib.
azstand-dan arhd.media-a bildirilib ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyən edir. eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.
yeni dövlət standartı “informasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə texniki komitədə (azstand/tk 05) müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edilib.
qeyd edək ki, yeni dövlət standartı azərbaycan respublikası prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli sərəncamı ilə təsdiq edilən “azərbaycan respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə tədbirlər planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.























