Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.


“ARHD.MEDiA” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq Əmri ilə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.


Ə.Məmmədov 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından son təyinatadək isə kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.


C.Bayramov 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif edilib.

Baxış sayı: 3 990

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə