“sabah” azərbaycan premyer liqasında liderliyini möhkəmləndirib.


“arhd.media” xəbər verir ki, 17-ci turun son oyun günündə lider “sabah” autsayder “karvan-yevlax”ı qəbul edib.


masazırdakı “bank respublika arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.


abşeron təmsilçisinin qolları aron maluda (9, 22), umarali raxmonaliyev (32) və velko simiç (84) vurublar. qonaqların təsəlli qoluna isə 83-cü dəqiqədə olavale doyeni imza atıb.


qeyd edək ki, bu qələbədən sonra xallarını 40-a çatdıran “bayquşlar” vahid liderliyini davam etdirirlər. bununla da onlar ötən gün “kəpəz”ə sürpriz şəkildə (0:2) məğlub olan “qarabağ”la xal fərqini artıq 4-ə yüksəldiblər. “karvan-yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.

Baxış sayı: 2 779

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə