Son günlərdə sosial şəbəkələrdə avqustun 15-də miqrantların İspaniyanın Şimali Afrikadakı eksklavı Seuta şəhərinə yeni kütləvi axın cəhdi ilə bağlı çağırışlar yayılıb.  


“ARHD.MEDiA” “20 Minutos” nəşrinə istinadən xəbər verir ki, bu barədə Seuta hökumətinin nümayəndəsi Alexandro Ramires bildirib. 


O, İspaniya ərazisinə keçmə cəhdini koordinasiya etmək üçün mesencerlərdə yaradılmış qruplara qoşulmağa dəvət edən paylaşımlar yayıldığını, toplanma yeri qismində Mərakeşin Seuta ilə sərhəddəki Fenidek şəhərinin göstərildiyini qeyd edib.


“Baş verən hadisələrdən sonra sosial şəbəkələrdə bu cür şayiələrin yayılması narahatlıq doğurur”, - Ramires deyib.


Seuta hökumətinin nümayəndəsi səlahiyyətli orqanların müvafiq çağırışlar barədə məlumatlandırıldığını söyləyib.


Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrantın Seuta şəhərinə daxil olduğu, lakin onlardan təxminən 70 min nəfərinin Mərakeşə geri qayıtdığı bildirilir. İspaniya ərazisinə keçməyə çalışarkən azı 75 nəfər həlak olub. 

Baxış sayı: 4 025

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə