"Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillərdən biri İran rəhbərliyinin mühüm bir hissəsinin həyatını itirməsidir".


“ARHD.MEDiA”  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp WABC radiostansiyasına verdiyi müsahibəsində deyib.


"Məsələnin bir tərəfi bir çox İran rəsmilərinin ölməsi ilə bağlıdır. Müqavilə bağlamaq heç də asan deyil. Hazırda ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil", - deyə ABŞ lideri bildirib.


Bununla yanaşı, o əlavə edib ki, Birləşmiş Ştatlar İranla qarşıdurmada öz hədəflərinə müvəffəqiyyətlə çatır və xüsusilə də Tehranın nüvə silahına sahib olmasına imkan vermir.

Baxış sayı: 3 098

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə