israil hərbi qüvvələri qəzza zolağının cənubunda rəfah şəhərinin qərbində yerləşən tell əs-sultan rayonunu mühasirəyə alıb.

arhd.media xəbər verir ki, bu barədə israil müdafiə qüvvələrinin (imq) mətbuat xidməti məlumat yayıb.

“son saatlarda qoşunlar rəfahdakı tell əs-sultanın mühasirəsini tamamlayıblar. əməliyyatın məqsədi qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, – bəyanatda deyilir.

tell əs-sultanın mühasirəsi zamanı gecə ərzində hərbçilər “bir neçə terrorçunu məhv ediblər”, həmçinin “son bir neçə ay ərzində həmas terrorçuları tərəfindən komanda-nəzarət qərargahı kimi istifadə olunmuş obyektə məqsədyönlü basqın keçiriblər”.

Baxış sayı: 2 025

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə