ankara, 13 may, arhd.media
türkiyə prezidenti rəcəb tayyib ərdoğan mayın 13-də ankarada nato-nun baş katibi mark rutteni qəbul edib.
arhd.media xəbər verir ki, şimali atlantika alyansının baş katibi nato ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində antalyada keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində ankaraya səfər edib.
mətbuat üçün qapalı keçirilən görüşdə türkiyənin xarici işlər naziri hakan fidan da iştirak edib.






















