paris, 7 iyul, arhd.media
fransanın “rafale” qırıcılarının növbəti uğursuzluğu: belçika və peru ondan imtina etdi
son vaxtlar fransanın “rafale” hərbi qırıcısı nüfuzunu itirməkdədir. peru hökuməti də “rafale”dan yan keçərək, isveç istehsalçısı “saab”ın “gripen” döyüş təyyarələrinə üstünlük verib.
arhd.media xəbər verir ki, peru hökuməti isveç istehsalçısı “saab”dan 3,5 milyard dollara 24 “gripen” təyyarəsi almağa hazırlaşır. bu barədə ”peru21” xəbər saytı məlumat yayıb. bu, fransa “rafale”ı üçün pis xəbər və böyük zərbədir.
peru hökumətinin “saab gripen”lə bağlı seçimi xərc məsələsi ilə izah olunub. isveç, həmçinin peruya birbaşa və dolayı sərmayələr, eyni zamanda, texniki xidmət və hissələrin istehsalına dəstək daxil olmaqla, xüsusilə əhəmiyyətli texnologiya transferi proqramını vəd edib.
belçika da abş-ın f-35 qırıcılarına üstünlük verib. belçika bir milyard avroya 11 ədəd yeni f-35 qırıcısı aldığını elan edib. fransa belçikaya öz “rafale”ni satmağa çalışırdı. lakin belçika müdafiə nazirinin sözlərinə görə, f-35 “rafale” da daxil olmaqla, digər rəqiblərini üstələyir.























