bakı, 3 sentyabr, arhd.media
çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib
pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı çin xalq müqaviməti və ikinci dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.
arhd.media sinxua agentliyinə istinadla xəbər verir ki, triadaya “jinglei-1” hava əsaslı uzaqmənzilli raket, “julang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “dongfeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “dongfeng-31” quruda yerləşən qitələrarası raket daxildir.
qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün çinin strateji prioritet daşıyan gücüdür.























