“hizbullah” israilin atəşkəsi pozmasına cavab olaraq israilin şimalındakı manara yaşayış məntəqəsinə raket hücumu həyata keçirdiyini açıqlayıb.
“arhd.media”ın məlumatına görə, açıqlamada bildirilib ki, israil atəşkəsi pozmağa davam edir və “hizbullah”ın hücumu livanı və xalqını müdafiə məqsədi daşıyır.
“livanı və xalqımızı müdafiə etmək və düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq islam müqavimət mücahidləri (“hizbullah”) 9 aprel 2026-cı il, cümə axşamı saat 02:30-da manara yaşayış məntəqəsinə raket hücumu təşkil edib. bu cavab ölkəmizə və xalqımıza qarşı israil-amerika təcavüzü bitənə qədər davam edəcək”, - bəyanatda vurğulanıb.
bu, atəşkəs qüvvəyə mindikdən sonra “hizbullah”ın israilə qarşı həyata keçirdiyi ilk raket hücumu hesab olunur.























