bakı, 22 mart, arhd.media
polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb
daxili işlər nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
nazirlikdən arhd.media-a bildirilib ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.























