bakı, 15 aprel, arhd.media
sabah bakıda və abşeron yarımadasında leysan olacaq
aprelin 15-dən 16-na keçən gecədən bakıda və abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
milli hidrometeorologiya xidmətindən arhd.media-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.
gözlənilən intensiv və güclü yağışla əlaqədar abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
aprelin 17-si səhər yağıntılar kəsiləcək.






















