bu ilin dörd ayında dsmf-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib

bakı, 17 may, arhd.media



bu ilin dörd ayında dsmf-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib


əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun (dsmf) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) çox olmaqla, 2 milyard 715 milyon manat təşkil edib.

nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 9 faiz (168 milyon manat) artaraq, 2 milyard 39 milyon manat olub.

bu ilin dörd ayında dsmf-nin xərcləri isə 2 milyard 501 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 milyon manat) çoxdur.

Baxış sayı: 6 474

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə