bakı, 10 iyun, arhd.media
təbib: bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub
qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
bu barədə arhd.media-a tibbi ərazi bölmələrini idarəetmə birliyinin (təbib) mətbuat xidmətindən məlumat verilib.
bildirilib ki, bayram günlərində 103 çağrı mərkəzinə bakı şəhəri üzrə 7 min 872 çağırış daxil olub. ən çox çağırış isə iyunun 8-də qeydə alınıb. həmin gün müvafiq göstərici 2 min 35 olub. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə edilib. digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
müraciətlər əsasən arterial təzyiq, kardioloji problemlər, halsızlıq və müxtəlif növ travmalarla bağlı olub.






















