bakı, 19 iyun, arhd.media
baş prokuror kamran əliyev paytaxtın binəqədi rayonunda vətəndaş müraciətlərini dinləyəcək
baş prokuror kamran əliyev iyunun 24-də saat 10-da binəqədi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan binəqədi rayon sakinlərinin qəbulunu keçirəcək.
bu barədə arhd.media-a baş prokurorluğun mətbuat xidmətindən bildirilib.
vətəndaşlar qəbulla bağlı binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.azelektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və x) vasitəsilə də qəbula yazıla bilərlər.






















