yaxın şərqdə davamlı sülhə nail olmaq üçün "uzun yol" keçmək lazımdır.
bu barədə abş-nin respublikaçı senatoru lindsi qrem nbc telekanalının efirində bildirib.
"siz livandakı "hizbullah" və yəməndəki husilərlə məsələni həll etməyincə, yaxın şərqdə heç vaxt sülh olmayacaq, çünki onlar iranın proksi qüvvələridir", - deyə qrem bəyan edib.
eyni zamanda, o, israil və həmas arasında sülh sazişini alqışlayıb. senator bunun davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.























