
prezident ilham əliyev islam inkişaf bankı qrupunun sədri məhəmməd süleyman əl-casirə “dostluq” ordenini təqdim edib.
“arhd.media” xəbər verir ki, məhəmməd süleyman əl-casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.
qeyd edək ki, məhəmməd süleyman əl-casir ölkəmizlə islam inkişaf bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə prezident ilham əliyevin sərəncamına əsasən bu ordenlə təltif olunub.

























