23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib. 


“ARHD.MEDiA” xəbər verir ki, milli komandamızın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.


Xatırladaq ki, Tatyana Smilovenkonun milli komandamız adından qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

 

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə