Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir.


“ARHD.MEDiA”  xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar.


Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar.


Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.


1/8 final


48 kq


Ömər Salmanov - Avinaş Çetake (Hindistan)


Təsnifat mərhələsi


55 kq


Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan)


65 kq


Orxan Həbibli - Qaspar Sançes (Çexiya)


80 kq


İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya)


110 kq


Emin Baxşəliyev - Andrey Simiç (Serbiya)


Qeyd edək ki, U17 güləş üzrə dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

Baxış sayı: 3 735

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə