Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot 2026" turnirinin qrup mərhələsində ilk görüşlərinə çıxıb.


"ARHD.MEDiA" xəbər verir ki, C qrupunda mübarizə aparan qrosmeyster erməni şahmatçı Hayk Martirosyanla qarşılaşıb.


İki şahmatçı arasında keçirilən görüşlər 1:1 hesabı ilə yekunlaşıb. İlk partiyada ağ fiqurlarla oynayan Martirosyan Məmmədyarova uduzub. Cavab görüşündə isə qara fiqurlarla mübarizə aparan erməni qrosmeyster qələbə qazanıb.


Qeyd edək ki, C qrupunda Şəhriyar Məmmədyarov və Hayk Martirosyanla yanaşı, Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri və Abhimanyu Mişra da yer alıblar.

Baxış sayı: 2 933

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə