bakı, 17 mart, arhd.media
taekvondo üzrə böyüklərdən ibarət azərbaycan millisinin üzvləri belçikanın lommel şəhərində keçirilmiş “belgian open” turnirində 6 medal qazanıblar.
azərbaycan taekvondo federasiyasından arhd.media-a verilən məlumata görə, bunlardan 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.
bəhruz quluzadə (54 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “paris-2024” yay olimpiya oyunlarının gümüş mükafatçısı qaşim maqomedov (63 kiloqram) ikinci, xıdır məmmədov (54 kiloqram), səyyad dadaşov (58 kiloqram), eltac qafarov (87 kq) və səmərrux osmanova (49 kiloqram) üçüncü yeri tutub.























