bakı, 28 mart, arhd.media
kişi voleybolçuların yüksək liqasında xvii turun oyunları keçirilib
kişi voleybolçuların yüksək liqasında xvii turun oyunları keçirilib.
arhd.media xəbər verir ki, sumqayıtı təmsil edən “gənclər” komandası “azərreyl”lə, “xilasedici” moik-lə, “neftçi” isə “murov az terminal”la üz-üzə gəlib.
gərgin və maraqlı keçən görüşlərdə “azərreyl” və “xilasedici” 3:0, “murov az terminal” isə 3:1 hesablı qələbə qazanıb.
qeyd edək ki, turnir cədvəlinə 41 xalla “azərreyl” başçılıq edir. eyni xala malik “murov az terminal” 2-ci pillədə qərarlaşıb. “xilasedici” isə 39 xalla 3-cü yerdədir.

























