futbol üzrə azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.
arhd.media xəbər verir ki, günün ilk oyunlarında şamaxı şəhər stadionunda "şamaxı" - "baku sportinq", quba olimpiya kompleksinin stadionunda isə "imişli" - "sabah" qarşılaşmaları baş tutacaq. hər iki görüş saat 14:00-da start götürəcək.
günün son oyununda isə "qarabağ" "karvan-yevlax"la üz-üzə gələcək. bu matç saat 19:00-da başlayacaq.
"şamaxı" - "baku sportinq" cütünün qalibi növbəti raundda "qarabağ" - "karvan-yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "imişli" - "sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "qəbələ" - "şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
3 dekabr
14:00. "şamaxı" - "baku sportinq"
hakimlər: inqilab məmmədov, namiq hüseynov, rahil ramazanov, elvin bayramov.
hakim-inspektor: əmrah ibrahimov.
affa nümayəndəsi: eldəniz musayev.
şamaxı şəhər stadionu.
14:00. "imişli" - "sabah"
hakimlər: kamal umudlu, vüsal məmmədov, şirmamed mamedov, əkbər əhmədov.
var: fərid hacıyev.
avar: vüqar həsənli.
hakim-inspektor: zöhrab qədiyev.
affa nümayəndəsi: rüfət əmirov.
quba olimpiya kompleksinin stadionu.
19:00. "qarabağ" - "karvan-yevlax"
hakimlər: əliyar ağayev, zeynal zeynalov, akif əmirəli, nicat ismayıllı.
var: rəşad əhmədov.
avar: emin əliyev.
hakim-inspektor: şahin cəfərov.
affa nümayəndəsi: bəhram qurbanov.
"azersun arena".
qeyd edək ki, azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk günündə "turan tovuz" "şahdağ qusar"ı (2:1), "zirə" isə əlavə vaxtda "neftçi"ni (1:0) məğlub edib. bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.























