"qalatasaray"ın argentinalı ulduzu mauro ikardi karyerasına yenidən italiyada davam etmək istəyir.


arhd.media  "sky sports"a istinadən xəbər verir ki, ikardi bu tələbini "qalatasaray" rəhbərliyinə çatdırıb.


məlumata görə, "milan" klubu mauro ikardi transferi ilə maraqlanmadığını aydın şəkildə ifadə edib.


"qalatasaray" rəhbərliyi isə ara transfer dönəmində cəlbedici bir təklif gəlməsi halında oyunçunun ayrılmasına müsbət yanaşır.


ikardinin transferi üçün serie a-dan "fiorentina" və "cenoa"nın ciddi maraq göstərdiyi bildirilir.


qeyd edək ki, müqaviləsi mövsümün sonunda bitəcək olan 32 yaşlı hücumçu bu mövsüm liqada çıxdığı 15 matçda 8 qol vurub. "qalatasaray" karyerasına sentyabr 2022-ci ildə başlayan ikardi bu günə qədər çıxdığı 108 rəsmi qarşılaşmada 69 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


xatırladaq ki, 32 yaşlı təcrübəli hücumçu italiyada daha öncə "sampdoriya" və "inter"də çıxış edib.

Baxış sayı: 2 065

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə