azərbaycan cüdoçuları fransanın paytaxtı parisdə keçiriləcək “böyük dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaqlar.
“arhd.media” xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.
balabəy ağayev (60 kq) 1/16 final mərhələsində kim hvasu (cənubi koreya) - fransisko qarriqos (ispaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
nazir talıbov eyni raundda migel qaqo (portuqaliya) - erbol abasbekov (qırğızıstan), ruslan paşayev (hər ikisi 66 kq) yusuf nurkoviç (monteneqro) - bence ponqrats (macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
qeyd edək ki, “böyük dəbilqə” fevralın 8-də başa çatacaq. azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.























