kişi basketbolçulardan ibarət azərbaycan millisi avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
“arhd.media” xəbər verir ki, a qrupunda yer alan yığma səfərdə irlandiya seçməsinin qonağı olub.
dublindəki “milli basketbol arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.
komandamız növbəti görüşünü martın 2-si doğma meydanda şimali makedoniya seçməsinə qarşı keçirəcək.
azərbaycan millisi daha əvvəl şimali makedoniya (49:87) və lüksemburqa (90:95) məğlub olub.























