
ispaniya la liqasının 29-cu turunda madrid derbisi baş tutub.
“arhd.media” xəbər verir ki, “real madrid” doğma meydanda “atletiko madrid”i məğlub edib.
3:2 hesabı ilə bitən qarşılaşmada “real”ın qollarını vinisius junior (52 və 72-ci dəqiqələr) və federiko valverde (55-ci dəqiqə) vurub. “atletiko”da isə ademola lukman (33-cü dəqiqə) və naüel molina (66-cı dəqiqə) qapıçını keçməyi bacarıb.
qarşılaşmanı izləyənlər arasında “real”ın sabiq ulduzu kriştianu ronaldo da olub. o, “santayqo bernabeu”da keçmiş komandasının qələbəsinə şahidlik edib.
bu qələbə ilə “real madrid” xallarını 69-a çatdırıb. la liqaya 4 xal fərqlə “barselona” liderlik edir.




xiTp-EoOiQE?si=rexAXlX8DCJaC4w3























