misli premyer liqasında 32-ci tur davam edir. 


“arhd.media” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 


həm “qarabağ”ın, həm də “turan tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək. 


“qarabağ” öz meydanında “imişli”ni qəbul edəcək. hazırda ağdam klubu 63 xalla 2-ci, imişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. qurban qurbanovun komandası bu gün “imişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik avropa liqasına vəsiqəni təmin edəcək. 


“turan tovuz” isə səfərdə “şamaxı”nın qonağı olacaq. hazırda tovuz klubu 59 xalla 3-cü, “şamaxı” isə 35 xalla 8-ci yerdədir. bu komandaların ilk dövrədəki görüşündə “turan tovuz” 2:1 hesablı qələbə qazanıb. ikinci dövrədə şamaxıda baş tutan matçda isə qalib müəyyənləşməyib - 0:0. 


16 may 

ətraflı


17:00. “şamaxı” - “turan tovuz”


baş hakim: rəvan həmzəzadə.


şamaxı şəhər stadionu.


17:00. “qarabağ” - “imişli”.


baş hakim: emin əliyev.


tofiq bəhramov adına respublika stadionu.

Baxış sayı: 3 098

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə