avstriyanın qrats şəhərində cüdo üzrə gənclər arasında avropa kubokuna start verilib.


“arhd.media” xəbər verir ki, yarışın ilk günündə azərbaycan millisi bir qızıl medal qazanıb.


belə ki, 66 kq çəki dərəcəsində çıxış edən məhəmməd musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. cüdoçumuz finaladək almaniya, xorvatiya, belçika və macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.


məhəmməd həlledici görüşdə serbiya idmançısı marko yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Baxış sayı: 3 428

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə