bu gün azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi polşanın paytaxtı varşavada təşkil olunan dünya kubokunda ilk matçını keçirəcək.
“arhd.media” xəbər verir ki, a qrupunda mübarizə aparan komanda əvvəlcə madaqaskar millisi ilə üz-üzə gələcək.
görüş bakı vaxtı ilə 19:05-də start götürəcək.
yığma növbəti görüşünü niderlanda qarşı keçirəcək. bu matç isə 22:20-də başlayacaq.
qeyd edək ki, dünya kuboku iyunun 7-də yekunlaşacaq.























