“equinor” azərbaycandakı aktivlərinin satışından 713 milyon abş dolları əldə edib
norveçin “equinor” neft-qaz şirkəti azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon abş dolları əldə edib.
“arhd.media” şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da “equinor” azərbaycan dövlət neft şirkəti (socar) və hindistanın “ongc videsh limited” (ongc) şirkətləri ilə xəzər dənizinin azərbaycan sektorundakı “azəri-çıraq-günəşli” (açg) yataqlar blokunda 7,27 % qeyri-operator payının və bakı-tbilisi-ceyhan (btc) neft kəmərini idarə edən “btc co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.
“sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon abş dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “e&p international” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon abş dolları dəyərində zərər qeydə alınıb. daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon abş dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, - hesabatda deyilir.
xatırladaq ki, ilkin olaraq şirkətin azərbaycandakı aktivlərinin satışından 745 milyon abş dolları əldə edəcəyi bildirilirdi.
“azəri”, “çıraq” və “günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. onun müddəti 2024-cü ildə başa çatıb və 2017-ci ilin sentyabrında 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
layihədə tərəflərin payı hazırda aşağıdakı kimidir: “bp plc” - 30,37 %, socar - 31,655 %, mol - 9,57 %, “exxonmobil” - 6,79 %, “ongc videsh” - 2,925 %, “inpex corp.” - 9,31 % və “itochu oil” - 3,65 %, tpao - 5,73 %.
“btc co” boru kəməri şirkətinin səhmdarları isə bunlardır: “bp plc” (30,1 %), socar (32,96 %), mol (8,9 %), tpao (6,53 %), “eni” və “totalenergies” (hər biri 5 %), “itochu” (3,4 %), “exxonmobil” və “inpex” (hər biri 2,5 %), “ongc1 videsh” (3,11 %).























