dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti bahalaşıb.
arhd.media xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 2,87 abş dolları və ya 4,37% artaraq 68,51 abş dollarına bərabər olub.
qeyd edək ki, ötən gün neftimiz 65,64 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.























