dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti bahalaşıb.
“arhd.media” xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 0,61 abş dolları və ya 0,61% artaraq 100,09 abş dolları olub.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 99,48 abş dolları təşkil edib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları təşkil edib.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.























