küveyt dövlətinin əmiri şeyx məşəl əl-əhməd əl-cabir əl-sabahdan
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
müqəddəs ramazan bayramı münasibətilə sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
uca allahdan zati-alinizə cansağlığı, uzun ömür, dost ölkənizə və xalqınıza davamlı inkişaf, tərəqqi, islam ümmətinə xeyir-bərəkət və firavanlıq diləyirəm.
bayramınız mübarək!
hörmətlə,
şeyx məşəl əl-əhməd əl-cabir əl-sabah
küveyt dövlətinin əmiri






















