israildəki britaniyalıların təxliyəsinə başlanılıb

london, 24 iyun, arhd.media




israildəki britaniyalıların təxliyəsinə başlanılıb


böyük britaniyanın xarici işlər naziri devid lemmi israil və iran arasında qarşılıqlı raket atışmaları fonunda britaniya hərbi hava qüvvələrinin (raf) tel-əvivdən 63 vətəndaşını təxliyə etdiyini deyib.

arhd.media bbc-yə istinadla xəbər verir ki, təxliyə reysi ötən gün günorta saatlarında tel-əvivin ben qurion hava limanından havaya qalxaraq, təhlükə altında olan britaniyalılar və onların ailə üzvlərini kiprə aparıb.

britaniya parlamentində çıxışı zamanı devid lemmi iranı danışıqlara qayıtmağa çağırıb və abş-ın iranın nüvə proqramına zərbələrindən sonra vəziyyətin gərginləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb: “mənim tehrana mesajım aydındır. gərginliyi azaltmaq üçün addım atın, bu vəziyyəti yumşaldın və abş-la dərhal ciddi şəkildə danışıqlara başlayın. əmin olun ki, biz öz əməkdaşlarımızı, infrastrukturumuzu və tərəfdaşlarımızın maraqlarını qorumağa hazırıq”.

raf-ın a400 təyyarəsi tel-əvivdən havaya qalxaraq 63 britaniya vətəndaşını və onlarla birgə səyahət etməyə hüququ olan ailə üzvlərini kiprə aparıb.

böyük britaniyanın xarici işlər nazirliyi bildirib ki, təhlükəsizlik vəziyyətindən və tələbatdan asılı olaraq əlavə reyslər həyata keçirilə bilər. hələ də israildə olan britaniya vətəndaşlarına isə hökumətlə əlaqə saxlamaq və qeydiyyatdan keçmək tövsiyə olunub.

Baxış sayı: 4 241

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə